')

Bu gün:


FutbolPress.Az | “Neftçi”də parçalanma –   gedişat faciəyə aparır

“Neftçi”də parçalanma –  gedişat faciəyə aparır


oxunma sayı: 1506 Paylaş:

FutbolPress“Neftçi” istiblişmenti  ictimaiyyətə və mediaya qapanandan kluba obraz vermək çətinləşib. Bilmək olmur ki, daxildə durum nədir – son üç ildi problemlər məngənəsindən çıxış üçün proses gedir, yoxsa...

Yoxsa daxili çəkişmələr daha aktualdır?

Bəli, son məlumatlar, daxildən sızan “etiraflar” “ağ-qara” düşərgənin kulisində ab-havanın heç yaxşı olmadığını iddia eləməyə əsas verir.

Hələ  2013-cü ildə klubu Rövnəq Abdullayev klanından qoparan Elşad Nəsirov “drujinası” ovaxtdan indiyədək “Neftçi”nin hər il daha da geriləməsinin qarşısını ala bilmir ki bilmir. Ən əvvəl AFFA-dan baş katib Elxan Məmmədovun kadrı sayılan Elnur Məmmədovun kluba idarəçi göndərilməsindən sonra onun boyundan yuxarı hoppanması, dostundan xəbərsiz – Müşahidə Şurasının sədri Çingiz Abdullayev vasitəsiylə Elşad Nəsirova “çıxması” aşkarlananda artıq onun kadr kimi “vurulub”, bayıra atılması haqda qərar verilmişdi. Ondan sonra “Neftçi”də tam nəzarəti Orxan Hüseynzadə təyinatıyla ələ keçirən Elxan Məmmədovun da gördüyü kimi, bu klubu relsə otuzdurmaq mümkün olmur.

Səbəblər çoxdur və onlardan arabir müzakirə açmışıq. Son olanlar isə “Neftçi”də parçalanmanın hökm sürdüyünü göstərir.

Elvin Məmmədovun transfer edildiyi, hətta müqavilə bağlandığı haqda xəbər çıxsa da, sonra məlum oldu ki, bu, baş tutmayıb. Mümkündü, belə məqamlar futbolda olur. Ancaq “Neftçi”də bunun anlaşmazlığın olması absurd, gülməli səbəbə söykənir.

Məlum olub ki, Elxan Abdullayev Elvin  Məmmədovu istəmirmiş...

Ona görə də Məhəmməd Mirzəbəyovun  transfer xəbərləri haqda ida craçı direktor Orxan Hüseynzadənin mövqeyi ilə baş məşqçinin mövqeyi əksdir.

Bəli, “Neftçi” belə bir əndirabadi formadadı. Hələ ki, hardansa müdaxilə yoxdur. Bu gedişatın sonrası necə olacaq – təbii ki, komandanın növbəti mövsüm də tarixinə yaraşmayan nəticələrə uğrayacağını proqnoz etmək çətin deyil.

Futbolçu üstündə fikir ayrılığı haqda şahidi olduğumuz bir məqamı qeyd edək. “Xəzər Lənkəran” Yunis Hüseynovun baş məşqçiliyi dönəmində Avropa Liqasında ilk mərhələdə Estoniyanın “Nımme Kalyu” klubunu keçmişdi. Növbəti mərhələdə “Lex”lə (Polşa) düşən Cənub təmsilçisinion səfər matçında redaksiyamız da ezamiyyətdə təmsil olunurdu.

Oyuna bir gün qalmış komandanın məskunlaşdığı otelin foyesində yeni futbolçu və futbolçudan o tərəfdə ona tərəf baxaraq deyinən Hüseynovu gördük. Yaxınlaşıb, söhbətləşəndə məlum oldu ki, baş məşqçi futbolçunu bəyənməyib, ancaq vitse-prezident, klubun de-fakto idarə edən Tuyqun Nadirov israr edirmiş...

Mövqeyindən əl çəkməyən Hüseynov əslində olmalı olanı etmişdi. Ancaq klubun idarə olunmasında belə halların olması yolverilməzdi. 
Dağılmış "Xəzər Lənkəran" haqda  misal çəkməyimiz əbəs deyil. Belə olan yerdə nəticələrin qənaətbəxş olması mümkün deyil.

“Neftçi”də də təxminən oxşar durumdu.

Kluba SOCAR-dan gələn “maliyyə borusu”  çaxnaşma yaradıb. Klubda idarəçilik sistemi də elə qurulub, vahid qüvvə yoxdur ki, situasiyanı toparlasın və xoşagəlməz çəkişmələrə son qoysun. “Neftçi”nin ciddi islahatlara ehtiyac duyduğu bir ərəfədə daxili çəkişmələrin mahiyyətinə baxırsan və düşünürsən ki, hazıra nazırlar necə də amansız, daha sərt ifadə etsək, bəzən azğın olurlar.

Elçin Cəlilov



oxunma sayı: 1506 | Paylaş:




?>