Bu gün:


FutbolPress.Az | "Peşəkar karyerama başladığım üçün xoşbəxtəm" - Renat Dadaşov

"Peşəkar karyerama başladığım üçün xoşbəxtəm" - Renat Dadaşov


oxunma sayı: 243 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvü Renat Dadaşovun Almaniyanın "Ayntraxt" klubu ilə yeni - 3 illik müqavilə imzalaması barədə xəbər vermişdik. Bildirmişdik ki, gənc hücumçu bundan sonra Frankfurt təmsilçisinin əsas komandasında çıxış edəcək.

Dadaşov yeni sözləşmə ilə bağlı klubun rəsmi saytına açıqlama verib. O deyib ki, peşəkar karyerasına başladığı üçün çox xoşbəxtdir:

"Ayntraxt"da peşəkar karyerama başladığım üçün çox xoşbəxtəm. Buna görə klub rəhbərliyinə, ailəmə, dostlarıma və bütün yaxınlarıma təşəkkür edirəm. Çünki onlar bu çətin yolda mənə lap əvvəldən indiyə qədər hər zaman dəstək olublar".


oxunma sayı: 243 | Paylaş: