Bu gün:


FutbolPress.Az | Renat "Ayntraxt"la yeni müqavilə imzaladı - əsas komandada oynayacaq

Renat "Ayntraxt"la yeni müqavilə imzaladı - əsas komandada oynayacaq


oxunma sayı: 348 Paylaş:

FutbolPressAzərbaycan millisinin  üzvü Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubu ilə yeni müqavilə imzalayıb. Bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yanvar ayından "Ayntraxt"ın U-19 komandasında oynayan Dadaşov bundan sonra əsas kollektivə cəlb ediləcək. 18 yaşlı oyunçunun Almaniya klubu ilə yeni müqaviləsinin müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.

Sözləşmə ilə bağlı danışan klub rəsmisi Fredi Bobik Renatın əsas komandaya cəlb edilməsiylə bağlı bunları deyib: "Onun böyük potensialı var. Dadaşovun bütün müsbət cəhətlərini inkişaf etdirməkdə maraqlıyıq".


oxunma sayı: 348 | Paylaş: