')

Bu gün:


FutbolPress.Az | “Rauf Əliyevin bizimlə müqaviləsi var və heç yerə getməyəcək” - Rəmiş Malıyev

“Rauf Əliyevin bizimlə müqaviləsi var və heç yerə getməyəcək” - Rəmiş Malıyev


oxunma sayı: 875 Paylaş:

FutbolPressKlublar Komitəsinin bugünkü iclasında müxtəlif mövzular müzakirə edilib. Əhəmiyyətli hissələrin mediaya  açıqlanmaması haqda anlaşma qəbul edilib.  Bəs taleyi hələ də tam məlum olmayan “İnter”in həlli vacib olan problemləri haqda danışılıbmı?

Bu haqda “FutbolPress”ə açıqlama verən klubun icraçı direktoru Rəmiş Malıyev (AFFA tərəfindən təyin olunan səlahiyyətli nümayəndə - red.) keçmiş “bankirlər” haqda müzakirənin olmadığını bildirdi: “Əvvəlcədən elan edilən punktlar üzrə müzakirələr getdi. Müəyyən qərarlar qəbul edildi, qeyri-adi nəsə olmadı”.

Həmçinin AFFA-nın Hüquq və kadr şöbəsinin müdiri vəzifəsində çalışan Rəmiş bəy (gələn aydan artıq bu vəzifəni icra etməyəcək -red.)“İnter”in aparıcı oyunçularından olan Rauf Əliyevin daha imkanlı klublara keçidi ilə bağlı məlumatları da təkzib etdi: “Rauf Əliyevin bizimlə müqaviləsi var və heç yerə getməyəcək. 2018-ci ilə qədər hüquqi cəhətdən “İnter”ə məxsusdur. Müəyyən məsələləri klubumuzun Müşahidə Şurasının sədri Zaur Axundovla da müzakirə edib. Harasa getmək istəyirsə, buyursun onu istəyən klub - lazım olan məbləği (açıqlamadı) köçürtsün hesabımıza, Raufu götürsün”.


oxunma sayı: 875 | Paylaş:




?>