Bu gün:


FutbolPress.Az | Toğrul Əsgərova şok cəza - dopinq tapıldı

Toğrul Əsgərova şok cəza - dopinq tapıldı


oxunma sayı: 264 Paylaş:

FutbolPressAzərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Buna səbəb onun dopinqdən istifadə etməsi olub. 

Götürülmüş dopinq-testin nəticələrinə əsasən güləşçinin orqanizmindən higenamin preparatı tapılıb. Bu dərman isə Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunub.

Bununla da, 25 yaşlı idmançı 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub.

Siyahıya Əsgərovdan başqa daha 3 idmançımızın adı düşüb. Fail İsgəndərov və Turxan Qurbanov 2 il, Zubair Dibilov 3 il müddətinə yarışlardan kənarlaşdırılıblar.

Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb.


oxunma sayı: 264 | Paylaş: