')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov hazırlıq planlarını açıqladı

Qurban Qurbanov hazırlıq planlarını açıqladı


oxunma sayı: 498 Paylaş:

FutbolPressAzərbaycan premyer Liqasında 28-ci turun "Neftçi" - "Qarabağ" (1:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

"Futbolçularımı təbrik edirəm. Çempionatın son oyunu idi, amma düzgün oynamağa çalışdılar. “Neftçi”yə uğurlar arzulayıram. Bu il onlarda alınmadı. Yəqin ki, gələn il yaxşı olacaq".

- Komandanın hazırlıq planı bəllidirmi?
- İyunun 1-də Bakıda yığışacağıq. Tam heyət olmayacaq. Çünki bir çox oyunçumuz millidə olacaq. Daha sonra Avstriyaya toplanışa gedəcəyik.

- Formal oyun olsa da, əsas heyətlə çıxmışdı komanda...
- Bu barədə əvvəldən demişdim. Zədə barədə düşünmürə. Bizim daha çox oyun oynamağımıza ehtiyac var idi. Elə də narahat deyildik. Futbolçu zədələnə bilər. Sırf komandaya uyğunlaşmaları üçün birlikdə oynamaları lazımdır.

- Kubokun finalı haqqında nə fikirləşirsiniz? Sizcə, üstünlük kimdədir?
- Kubok tam fərqli turnirdi. Düşünmürəm ki, üstünlük sırf biz tərəfdədir. Hər iki komanda istəklidir. Futbolçularımı kubok oyununadək tam hazır formaya salmağa çalışacağıq.

- Yay toplanşı vaxtı neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırırsız?
- Bunu indi dəqiq demək olmaz. Çünki oraya hansı klubların gələcəyini bilmirik. 10-15 gündən sonra bu barədə məlumat  olacaq.

- Abbas Hüseynovla Təmkin Xəlilzadənin “Qarabağ”a keçəcəyi deyilir...
- Abbasla maraqlanmışıq. Mövsümün sonunu gözləyirik. Təmikini isə deyə bilmərəm. Çünki bu barədə danışığımız olmayıb.

- Komandadan gedən olacaqmı?
- Hələlik bu barədə heç nə yoxdur.



oxunma sayı: 498 | Paylaş:




?>