')

Bu gün:


FutbolPress.Az | "Avropa arenasında yaxşı oynamaq üçün güclənmək lazımdı" - Ayxan Abbasov

"Avropa arenasında yaxşı oynamaq üçün güclənmək lazımdı" - Ayxan Abbasov


oxunma sayı: 307 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə AZAL-a qalib gələrək (3:0) Avropa Liqasına vəsiqə qazanan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov matçdan sonra fikirlərini bildirib.

O, avrokubokda uğurla çıxış etmək üçün güclənməli olduqlarını deyib:

“Çempionatın son matçı idi. Avrokuboklar uğrunda son ana kimi mübarizə getdi. İstədiyimizə nail olduq. Rəhbərlik bizə hər cür şərait yaratmışdı. Onların etimadını doğrultmağa çalışdıq. Döyüşkən komanda yaratmaq istəyirdik ki, buna da nail olduq. Hələ böyük iş görməmişik, Azərbaycanı yaxşı təmsil etməyə çalışacağıq. 

Avropa arenasında uğurlu çıxış etmək üçün daha da güclənmək lazımdı. Bunu həm də, növbəti çempionata aid etmək olar. Çalışacağıq ki, yeni transferlər olsun. Bəzi mövqelərə 2 oyunçumuzun olmasını istəyirik. Məşqçilərlə son 6 ayı analiz edib, qərara gələcəyik. Hər mövqeyə yeni oyunçu alınmasına ehtiyac var”.


oxunma sayı: 307 | Paylaş:




?>