')

Bu gün:


FutbolPress.Az | “Zirə” Avropa Liqasında!

“Zirə” Avropa Liqasında!


oxunma sayı: 339 Paylaş:

FutbolPress“Zirə” avrokuboka vəsiqə qazanıb. Premyer Liqanı 4-cü pillədə başa vuran qəsəbə klubu ölkəmizi Avropa Liqasında təmsil edəcək.
 
Bu, 28-ci turun AZAL-la səfər oyunundan sonra rəsmiləşib. Ayxan Abbasovun komandası autsayderi 3 cavabsız qolla məğlub edib. Bununla da xalını 39-a çatdıran “Zirə” 5-ci pillədəki “Kəpəz” üçün əlçatmaz olub.
 
Gəncə klubu öz meydanında “İnter”ə qalib gəlsə də, əsas rəqibinə çata bilməyib. Şahin Diniyevin komandası 36 xalla mövsümü 5-ci yerdə başa vurub.


oxunma sayı: 339 | Paylaş:




?>