')

Bu gün:


FutbolPress.Az | İkiqat çempionluq: Tarixdə 2-ci dəfə 

İkiqat çempionluq: Tarixdə 2-ci dəfə 


oxunma sayı: 213 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətlərinin yarışında  Azərbaycan çempionatının mükafatçıları bəlli olub. XXVIII turun ilk oyun günündən sonra “Qarabağ” qızıl, “Qəbələ” gümüş medal qazanıb. Son turadək 3-cü yeri tutması rəsmiləşən “Neftçi” bürünc mükafatçı olub.

İlk dəfə 1997/98 mövsümündə keçirilən və yalnız PFL yaradıldıqdan sonra 2008/09 mövsümündən bərpa olunan yarış 10-cu dəfə təşkil edilib. İndiyədək yalnız 1 dəfə - 2009/10 mövsümündə çempion olan “Qarabağ” tarixində 2-ci dəfə qızıl medallara yiyələnib. Lakin bu dəfəki çempionluq həm də əsas komandanın uğuru ilə üst-üstə düşüb. Belə ki, “Qarabağ” həm Premyer Liqa, həm əvəzedicilərin yarışında ən yaxşı olub. Bunadək tarixdə yalnız bir dəfə - 2011/12 mövsümündə belə hal yaşanmış, “Neftçi” həm əsas, həm əvəzedicilərlə 1-ci olmuşdu. Ümumilikdə isə “Qarabağ” 2-si qızıl, 2-si gümüş olmaqla 4-cü mükafatını əldə edib.

Ötən mövsümün çempionu “Qəbələ” 3-cü dəfə gümüşə yiyələnib. 2 bürüncü də olan “qırmızı-qaralar” ümumilikdə 6-cı dəfə mükafatçılar sırasında yer alıb.
6-cı dəfə “üçlük”də qərarlaşan “Neftçi” 3-cü dəfə bürünc medala yiyələnib. Bakılıların 2 qızıl və 1 gümüş mükafatı da var.
 
Əvəzedicilərin çempionatının mükafatçıları


mövsüm çempion II yer III yer
1997/98 OİK (Bakı) Neftçi (Bakı) Kəpəz (Gəncə)
2008/09 Neftçi (Bakı) Qarabağ (Ağdam) Bakı
2009/10 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ
2010/11 Bakı Turan (Tovuz) Qəbələ
2011/12 Neftçi (Bakı) Qəbələ İnter (Bakı)
2012/12 Bakı Simurq (Zaqatala) Neftçi (Bakı)
2013/14 İnter (Bakı) Qəbələ Simurq (Zaqatala)
2014/15 İnter (Bakı) Simurq (Zaqatala) Neftçi (Bakı)
2015/16 Qəbələ Qarabağ (Ağdam) Sumqayıt
2016/17 Qarabağ (Ağdam) Qəbələ Neftçi (Bakı)
 


oxunma sayı: 213 | Paylaş:




?>