')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt" kapitanı ilə müqavilə yenilədi

"Sumqayıt" kapitanı ilə müqavilə yenilədi


oxunma sayı: 193 Paylaş:

FutbolPressMövsümün başa çatmasına 1 tur qalmasına baxmayaraq, "Sumqayıt" 2017/2018 mövsümü üçün heyətini müəyyənləşdirməyə başlayıb.

"Kimyaçılar" ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb.

29 yaşlı müdafiəçi komanda ilə yeni 1 illik sazişə qol çəkib. 4 mövsümdür "gənclik şəhəri" əmsilçisinin şərəfini qoruyan Vurğun 2016/2017 mövsümündə klubun heyətində 27 oyuna çıxıb və 2430 dəqiqə meydanda olub. Kapitan ümumilikdə isə "Sumqayıt"da 111 qarşılaşmada meydana çıxıb.

Vurğun Hüseynovun bu komandada debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.


oxunma sayı: 193 | Paylaş:




?>