')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"in futbolçuları son oyundan danışdlar

"Kəpəz"in futbolçuları son oyundan danışdlar


oxunma sayı: 104 Paylaş:

FutbolPressCari mövsümün son oyununa Gəncədə çıxacaq “Kəpəz” şəhər stadionunda “İnter” ilə qarşılaşacaq. Dünən keçirilən son məşqlə “sarı-göylər” bu oyunun hazırlığını tamamlayıb. Son matç öncəsi komandanın üzvləri Julien Ebah və Davud Kərimi klub saytına açıqlama verib:

Julien Ebah: “Təbii ki, son matçda da məqsəd qalib gəlmək, azarkeşləri sevindirməkdir. Mən üzərimə düşəni etməklə qol vurmağa çalışacağam. Son oyunlar yaxşı çıxış edirik, qələbələri sıralayırıq. Çempionatı yüksək əhval-ruhiyyədə başa vurmaq üçün bu gün qələbə qazanmalıyıq”.

Davud Kərimi: “Çempionatın son dövrəsini yaxşı keçirmişik. Cəmi bir oyunda uduzub qalan matçlarda qələbə qazanmışıq. Əhvalımız yaxşıdır. Çempionatda beşinci yeri tutmaq imkanımız var, bunun üçün “İnter” ilə oyunda qələbə qazanmalıyıq. Azarkeşləri oyuna baxmağa, dəstək olmağa dəvət edirik”.


oxunma sayı: 104 | Paylaş:




?>