')

Bu gün:


FutbolPress.Az | "Bu, komandanın gücündən xəbər verir" - Şahin Diniyev

"Bu, komandanın gücündən xəbər verir" - Şahin Diniyev


oxunma sayı: 282 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində doğma meydanda “İnter” ilə qarşılaşacaq “Kəpəz” hazırlığı tamamlayıb. Qarşıdakı oyun ilə bağlı Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib:

“Əvvəlcə bütün “Kəpəz” azarkeşlərinə təşəkkürümü bildirirəm. Onlar bu mövsüm də bizi tək qoymayıb sonadək dəstəklədilər. Enişli və yüksəlişli günləri birgə keçirdik, uğur da oldu, uğursuzluq da. Ən diqqət çəkən məqam odur ki, fanatlar uğursuzluq olanda da bizim arxamızda durdular.Təbii ki, son oyunda biz də qələbə qazanmaqla mövsümü yüksək notlarla başa vurmaq istəyirik. Qələbəyə yaxınıq, son dövrədə 5 oyunda qalib gəlmişik. Bu amil komandanın gücündən xəbər verir. Çalışacağıq bu gün də azarkeşləri sevindirək. Qoy onlar stadiondan sevinc hissləri ilə ayırlıb yeni mövsümü gözləsinlər”.   


oxunma sayı: 282 | Paylaş:




?>