')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin zəif yeri Elxan Abdullayevdirmi? (QEYD)

"Neftçi"nin zəif yeri Elxan Abdullayevdirmi? (QEYD)


oxunma sayı: 841 Paylaş:

FutbolPress“Neftçi” aprelin 6-da hazırkı məşqçilər korpusuyla müqavilənin 1 il uzadılması haqda bəyanat yaymışdı.  Baş məşqçi Elxan Abdullayevlə müqavilənin bitməsinə hələ vardı, mövsümün də sonu deyildi. Bəs bəyanata nə hacət? Nə haray idi?

Həmin ərəfə idi ki, komanda  “Sumqayıt” səfərində iki cavabsız qolla məğlub olmuşdu və azarkeşlər arasında baş məqçi Elxan Abdullayevin istefası tələbiylə şüarlar səslənmişdi.

Və böyük ehtimal ki, bəyanat da buna, həmçinin kluba qarşı ictimai pressinqə cavab idi. Yəni yumşaq desək, əbləhlik/peşəkarlıqdan uzaq, gülünc  məqam...

***                      ***                      ***

XXVII turda (23 aprel) “Zirə” ilə heç-heçə başa çatan (2:2) oyunda əvəzetmədəki yanlışlığa görə kluba verilən texniki məğlubiyyət və mövsümü sondan ikinci (7-ci) yerdə bitirmək , deyəsən, Abdullayevə olan inamı itirib. Mətbuata məlumat sızdırılıb ki, klub rəhbərliyi baş məşqçini yola salmaq niyyətindədi.

Bu məqamda yenə çarpaz sual əmələ gəlir. Elxan Abdullayevi istəməyən bu rəhbərlikdirsə, onda o bəyanatı tələsik klubun rəsmi saytına yerləşdirən kim idi?

O nə hoqqa idi?

Texniki məğlubiyyətə və uğursuzluqlara işarə edilərək  Abdullayevin göndərilməsi üçün ictimai rəyin formalaşdırılması məqsədiylə ortaya atılan məlumatın da mənbəyi güman ki, klubu idarə edənlərdi. Elə isə bəyanatı əvvəldən yayıb,  naşılığıyla “Neftçi”nin  məsxərəyə qoyulmasına səbəb olan funksionerlər də Abdullayevə qoşulub, göndərilməlidi.

***                    ***                    ***

Klubun idarəçiliyində nöqsanların olduğunu dəfələrlə qeyd eləmişik. Müşahidə Şurasının da funksionallığının olmadığını buna əlavə etsək, “Neftçi”nin ən əvvəl   idarəetmədə böhran yaşadığını,  bundan doğan səbəblər üzündən komandanın nəticələrinin pisləşdiyini vurğulamaq yerinə düşər.

Elçin



oxunma sayı: 841 | Paylaş:




?>