')

Bu gün:


FutbolPress.Az | Nizami Hacıyev daha 2 il "İnter"də!  (ÖZƏL)

Nizami Hacıyev daha 2 il "İnter"də! (ÖZƏL)


oxunma sayı: 1721 Paylaş:

FutbolPressAdı "Neftçi" ilə hallanan "İnter"in kapitanı Nizami Hacıyev klubu ilə yeni müqavilə imzalayıb. O, daha 2 il sabiq "bankirlər"in şərəfini qoruyacaq.

Bu, klubdakı rəhbər dəyişikliyindən sonra baş verib. Əldə etdiyimiz məlumata görə, bu gün 29 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edilib. Şərtlərlə razılaşan Nizami 2 illik sözləşməyə qol çəkib.

Məlumatı əməkdaşımızla söhbətində futbolçunun özü də təsdiqləyib.

Daha əvvəl Nizami Hacıyevin "Neftçi" ilə razılığa gəldiyi deyilirdi. Hətta təcrübəli futbolçu bu gün daha bir dəfə "ağ-qaralar"la görüşəcəyini açıqlamışdı. Bildirmişdi ki, müqavilə yenilənməsiylə bağlı "İnter"dən ona heç bir təklif gəlməyib. Ancaq yeni rəhbərlik kapitanı klubda qalmağa razı salmağı bacarıb.

"İnter"in yetirməsi olan Nizami Hacıyev hazırkı klubundan başqa "Xəzər Lənkəran", "Qəbələ", AZAL ("Olimpik") və MOİK-in də formasını geyinib.


oxunma sayı: 1721 | Paylaş:




?>