')

Bu gün:


FutbolPress.Az | Erməni futbolçu "Qalatasaray"da?

Erməni futbolçu "Qalatasaray"da?


oxunma sayı: 510 Paylaş:

FutbolPressTürkiyənin "Qalatasaray" klubu erməni futbolçu Vahan Bıçakçıyanı heyətinə cəlb etməyə çalışır. 

"Sarı-qırmızılar" uzun müddətdir ki, 17 yaşlı oyunçu ilə maraqlanırlar. Klub rəhbərliyi Avropanın gələcəyi parlaq sayılan 50 gənc futbolçusu arasında yer alan Bıçakçıyanı Brumanın yerinə namizəd olaraq görür.

Ancaq futbolçunun məxsus olduğu Ermənistan "Şirak"ı məsələyə münasibət bildirərək, bu keçidin baş tutmayacağını bildirib. Klubun rəsmi saytından edilən açıqlamada bildirilib ki, "Qalatasaray"dan onlara hər hansı təklif edilməyib. Təklif olsa belə "Şirak" heç vaxt Türkiyəyə oyunçu göndərməyəcək.


oxunma sayı: 510 | Paylaş:




?>