')

Bu gün:


FutbolPress.Az | "Dmitri Nazarov bizim üçün çox vacib oyunçudur"

"Dmitri Nazarov bizim üçün çox vacib oyunçudur"


oxunma sayı: 303 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue"Almaniya II Bundesliqasının 31-ci turunda "Vürsburger"lə qarşılaşacaq.

Nazarov və onun 2 komanda yoldaşı - Paskal Kopklə Kristan Tiffert bu oyunda cəzalı duruma düşə bilər. Məsələ burasındadır ki, hər 3 futbolçunun 2 sarı vərəqəsi var.

Qarşıdan gələn oyun haqda danışan komandanın baş məşqçisi  Domeniko Tedesko  aparıcı futbolçuların cəzalı durmua düşməsindən ehtiyat etdiyini deyib:

"Taktika fanatı deyiləm. Oyunçular məsuliyyətli dərk edir. Ehiyatlı davranmağa məcburdular. Tiffert, Kopk və Nazarov hazırda bizim üçün çox vacib oyunçulardır".

"Aue" 18 komanda arasında 16-cı pillədə qərarlaşıb və aşağı liqaya düşməmək uğrunda mübarizə aparır.


oxunma sayı: 303 | Paylaş:




?>