')

Bu gün:


FutbolPress.Az | Emin Mahmudov Rusiyaya qayıdır?

Emin Mahmudov Rusiyaya qayıdır?


oxunma sayı: 288 Paylaş:

FutbolPressAzərbaycan millisinin və Portuqaliyanın "Boavişta" klubunun üzvü Emin Mahmudovun meneceri Aleksandr Manyakov futbolçunun ggələcək karyerası barədə açıqlama verib.

O, "Sovetski Sport"a açıqlamasında bildirib ki, müştərisi daim oynamaq istəyir və bu baxımdan klubunu dəyişə bilər. Menecer Mahmudovun yenidən Rusiyaya qayıtmaq variantını da inkar etməyib.

"Eminin "Boavişta" ilə hələ 1 il də müqaviləsi var və heç kim onu qovmur. Ancaq klubunda oynamaq şansı az olur. Bu baxımdan komandanı dəyişə bilər. Hətta yenidən Rusiyaya qayıtmaq ehtimalı da var. O, əlinə düşən şanslardan istifadə edib. Qol da vurub, ötürmə də verib. Ancaq istənilən halda əsas heyət oyunçusu deyil. Emin üçün prinsipial məsələ daim oynamaqdır. Hansı klubda belə imkan olsa, ora da keçə bilər".

Emin Mahmudov "Boavişta"ya Rusiyanın "Mordoviya" klubundan keçib. O, karyerası ərzində "Saturn", "Krlya Sovetov" və "Spartak"ın formasını geyinib.


oxunma sayı: 288 | Paylaş:





?>