')

Bu gün:


FutbolPress.Az | Simeonedən "İnter"ə rədd cavabı

Simeonedən "İnter"ə rədd cavabı


oxunma sayı: 138 Paylaş:

FutbolPressİtaliya "İnter"inin baş məşqçi postuna gətirmək istədiyi Dieqo Simeone qərarını verib.

Argentinalı mütəxəssis təklifi qəbul etməyib. "İnter"in idman direktoru Piero Ausilyo ilə görüşən çalışdırıcı yeni mövsümdə də "Atletiko"nun "sükanı arxası"nda olacağını söyləyib.

İtaliya mətbuatı "İnter"in Antonio Konte və Dieqo Simeoneyə 5 illik müqavilə və illik 11 milyon avroluq təklif etdiyini yazıb. Hər iki mütəxəssisə isə qərar vermək üçün 20 gün vaxt verildiyi qeyd edilmişdi. Əlavə edək ki, 46 yaşlı Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.


oxunma sayı: 138 | Paylaş:





?>