Argentina millisindən Sampaoliyə təklif
Paylaş:
Argentina Futbol Federasiyası (AFA) "Sevilya"nın baş məşçisi Xorxe Sampaoliyə rəsmi təklif göndərib.
İspaniya mətbuatının yaydığı xəbərə görə, bu barədə klub prezidenti Joze Kastro məlumat verib:
"Sampaoli Argentina Futbol Federasiyasından təklif alıb. Mövsümün sonunda nələr olacağını görəcəyik. Sampaoli hazırda bütün diqqətini "Sevilya"ya yönəldib. Çətin oyunlarımız var. La Liqanı ən yaxşı pillədə başa vurma istəyirik".
AFA milli komandanın DÇ-2018-in seçmə mərhələsində Boliviyaya 0:2 hesabı ilə uduzduğu oyundan sonra baş məşqçisi Edqardo Bauzanı istefaya göndərib. Yeni baş məşqçi vəzifəsinə əsas namizəd məhz Sampaolidir.
| Paylaş: