')

Bu gün:


FutbolPress.Az | Nizami Hacıyev: “Sabah bir də “Neftçi” ilə danışacam”

Nizami Hacıyev: “Sabah bir də “Neftçi” ilə danışacam”


oxunma sayı: 1179 Paylaş:

FutbolPressGələcəyi naməlum olan “İnter”in futbolçularının komandanı tərk etməsiylə bağlı xəbərlər dolaşır. Hətta onların yeni klublarında hansı məvacibi alacağı da yazılır.
 
Klubdan gedəcəyi deyilən oyunçular arasında komandanın kapitanı Nizami Hacıyevin də adı var. Onun “Neftçi” ilə razılaşdığı iddia edilir.
 
Məsələ ilə bağlı fikrini öyrənmək üçün futbolçu əlaqə saxladıq. Nizami “Neftçi” ilə danışıq apardığını təsdiqləsə də, alacağı maaşla bağlı yazılanların həqiqətə uyğun olmadığını bildirdi:
 
“Bəli, mən “Neftçi” ilə danışıq aparıram. Demək olar, bütün detallar razılaşdırılıb və sənədlər hazırlanıb. Sabah saat 12-dək “Neftçi” ilə bir də danışacam. Yalnız maliyyə məsələsində tam anlaşma əldə edilməyib. Qalan hər şeydə razılığa gəlmişik. Məbləğlərlə bağlı yazılanlar hamısı yalandı. Həddən artıq şişirdirlər”.
 
Hacıyev bir müddət əvvəl açıqlamasında məvacibi azalsa belə, “İnter”də qalacağını bildirmişdi. Bəs onun fikrini nə dəyişdirdi?
 
Futbolçunun sözlərinə görə, klubdan müqavilə yenilənməsiylə bağlı hər hansı təklif gəlməyib:
 
“İnter”dən mənə heç bir müraciət olmayıb. Həta bu gün üçün sonuncu ümidlərim var idi ki, bəlkə lazım olaram, nəsə müraciət edərlər. Elə bil Prosineçkiyə lazım olmadığım kimi “İnter”ə də lazım deyiləm. Mənə heç kim nə maliyyə ilə, nə də müqavilənin yenilənməsiylə bağlı hər hansı müraciət edib. Klubda qalıb-qalmayacağımla bağlı bir kəlmə də deməyiblər. Ona görə də əsas “Neftçi” olmaqla maraqlanan digər ortabab klublarla danışacam. Hansından daha sərfəli təklif olsa, ora da gedəcəm. Əsas məsələ isə komandanın mənim istəyimə uyğun olmasıdır”. 


oxunma sayı: 1179 | Paylaş:




?>