')

Bu gün:


FutbolPress.Az | Albaniya yığmasının üzvü Azərbaycan klubunda

Albaniya yığmasının üzvü Azərbaycan klubunda


oxunma sayı: 634 Paylaş:

FutbolPressAlbaniya yığmasının və Yunanıstanın "PAS Yanina" klubunun üzvü Andi Lila karyerasını Azərbaycanda davam etdirəcək.

Məsələ ilə bağlı bir müddət əvvəl yayılan xəbərlər artıq öz təsdiqini tapmaqdadır. Bu barədə ölkəsinin mətbuatına müsahibəsində "Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli fikir bildirib. O, yaxın dost olduğu Lilanın yaxın zamanlarda Azərbaycanın güclü klublarından birinə keçəcəyini deyib. Bunun tezliklə baş verəcəyini deyən müdafiəçi klubun adını açıqlamayıb.

Ampluaca müdafiəçi olan Lila karyerası ərzində bir müddət "Parma"nın da formasını geyinib. O, 2007-ci ildən çağırıldığı Albaniya yığmasında isə 60 oyun keçirib.


oxunma sayı: 634 | Paylaş:




?>