')

Bu gün:


FutbolPress.Az | “Maaş çox azalsa, “İnter”i tərk edəcəm” - Fuad Bayramov

“Maaş çox azalsa, “İnter”i tərk edəcəm” - Fuad Bayramov


oxunma sayı: 459 Paylaş:

FutbolPress“İnter” bir neçə gün əvvəl Premyer Liqanın bürünc medallarını qazansa da, komandann taleyi hələ də sual altındadır. Düzdü, klubda AFFA-nın səlahiyyətli nümayəndəsi Rəmiş Malıyev açıqlama verərək, “İnter”in fəaliyyətini davam etdirəcəyini bildirib. Ancaq ardıcıl olaraq, bir neçə futbolçununun başqa komandalarla razılığa gəlməsi barədə xəbərlər dolaşır.

“İnter”i tərk edəcəyi deyilən oyunçulardan biri komandanın əsas heyət üzvlərindən Fuad Bayramovdur. O. “FutbolPress”ə açıqlamasında gələcək karyerası ilə bağlı hələ heç nəyin dəqiqləşmədiyini, “İnter”də qalıb-qalmayacağının sual altında olduğunu söylədi:

“Sevnirik ki, belə vəziyyətdə 3-cü yeri tutduq. “İnter”də qalıb-qalmamağım isə klubun maliyyə vəziyyətindən asılıdır. Açıq danışaq, futbolçu pula görə oynayır. Ancaq bura mənə doğmadır, futbolu “İnter”də öyrənmişəm. Yaxşı olacaqsa, istəyərəm ki, qalım. Sadəcə klubun gələcəyi sual altındadır”.

“Qəbələ” ilə oyundan sonra Rəmiş Malıyev açıqladı ki, “İnter” fəaliyyətini davam etdirəcək...

“Əgər elə deyibsə, deməli komanda yaşaya bilər. Sadəcə ola bilsin, büdcə azalsın. Bizim də işimiz budur və çalışırıq ki, qazancımız yüksək olsun”.

Deməli, maaş azalsa...

“Belə deyim, maaşlar çox aşağı düşsə, “İnter”i tərk edəcəm. Çalışacam özümə yeni klub tapım. Amma bu, hələ dəqiq deyil. Belə məsələlərlə menecerim məşğul olur. İndidən nəsə demək olmur. Desəm ki, “İnter”də qalacam, ya gedəcəm - heç biri konkret deyil. Gözləyək, görək nə olur, nə qərar verirlər”.

Faiq Tahirov



oxunma sayı: 459 | Paylaş:





?>