')

Bu gün:


FutbolPress.Az | Ruslan Qurbanov "Neftçi"yə qayıdır? (ÖZƏL)

Ruslan Qurbanov "Neftçi"yə qayıdır? (ÖZƏL)


oxunma sayı: 490 Paylaş:

FutbolPressNövbəti mövsüm uğurlu çıxış etmək iddiasında olan "Neftçi" heyətini gücləndirmək planlarını həyata keçirməyə başlayır. Artıq klubun bir neçə futbolçu ilə anlaşdığı bildirilir.

"Ağ-qaralar" hücum xəttindəki problemi həll etmək üçün isə yerli forvard transfer etməyi düşünür. Kuluarlarda gəzən söz-söhbətlərə görə, komandanın baş məşqçisi Elxan Abdullayev "Qəbələ"dən Ruslan Qurbanovu sərəncamında görmək istəyir.

Ancaq Ruslanın keçmiş klubuna qayıdışı baş tutmayacaq. Məlumatlı mənbədən daxil olan informasiyaya görə, "Qəbələ" çempionatın birinci yarısını xüsusilə yaxşı keçirən hücumçunu buraxmayacaq.

Mövsümün əvvəlindən əyalət təmsilçisinin formasını geyinən Qurbanov Premyer Liqada 4, Avropa Liqasında isə 3 qolun müəllifidir.


oxunma sayı: 490 | Paylaş:





?>