')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" "İnter"lə oyunun hazırlığına başladı

"Kəpəz" "İnter"lə oyunun hazırlığına başladı


oxunma sayı: 143 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVIII turunda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” bu gündən məşqlərə başlayacaq. Ötən tur AZAL üzərində qazanılan qələbədən sonra bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçən və istirahət edən komanda qarşıdakı görüşə paytaxtda hazırlaşacaq.

“Sarı-göylər”in aprelin 26-na təyin edilən məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq. Hazırlıq prosesi saat 15:00-da start götürəcək. Gəncə klubu sabah da eyni məkanda və saatda məşqə çıxacaq.


oxunma sayı: 143 | Paylaş:




?>