')

Bu gün:


FutbolPress.Az | Zirədə qalmaqal böyüdü: "Forza Neftçi" də stadiondan çıxdı (VİDEO)

Zirədə qalmaqal böyüdü: "Forza Neftçi" də stadiondan çıxdı (VİDEO)


oxunma sayı: 1351 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVII turunda "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşır.

Artıq xəbər verdiyimiz kimi, oyunda polis və azarkeşlər arasında münaqişə baş verib. Buna səbəb fanatların "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev və Müşahidə Şurasını istefaya səsləyən şüarlar səsləndirməsi olub. Polislər əvvəlcə "Neftçimania" adlanan kiçik bir qrupu stadiondan kənarlaşdırıblar. Daha sonra isə buna etiraz olaraq "Forza Neftçi" tribunanı tərk edib.

Polisin bildirdiyinə görə, AFFA -dan gələn tapşırığa əsasən, söyüş söyən, rəhbərliyi istefaya səsləyən azarkeşlər stadiondan kənarlaşdırılmalıdır.

Fan-klubun tribunanı tərk etdiyi görüntüləri təqdim edirik.



oxunma sayı: 1351 | Paylaş:




?>