Bu gün:


FutbolPress.Az | Prosineçki təkzib etsə də...

Prosineçki təkzib etsə də...


oxunma sayı: 194 Paylaş:

FutbolPressAzərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin İspaniyanın "Valensiya" klubuna rəhbərlik etmək etimalı ilə bağlı söz-söhbətlər tükənmək bilmir.

Xorvatiyalı çalışdırıcı özü mətbuata açıqlamasında yayılan xəbərləri təkzib etsə də, onun meneceri Yaşar Çalışır "Valensiya"dan təklif olduğunu bildirib. Türkiyəli menecer deyib ki, "Valensiya"nın onun müştərisi ilə həqiqətən də maraqlanır.

"Valensiya" Prosineçki ilə danışıqlarda maraqlıdır. "Yarasalar"ın idman direktoru bu barədə mənə şəxsən məlumat verib", - deyə İspaniya mətbuatına açıqlamasında o bildirib.

Prosineçkinin yığma ilə müqaviləsi 2017-ci ilin dekabr ayınadək nəzərdə tutulub.


oxunma sayı: 194 | Paylaş: