Bu gün:


FutbolPress.Az | "Qəbələ" "Apollon"la heç-heçə etdi

"Qəbələ" "Apollon"la heç-heçə etdi


oxunma sayı: 31 Paylaş:

FutbolPressYunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə start verilib.

“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda öncə “Apollon” (Yunanıstan) klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə nəticələnib. “Qırmızı-qaralar”ın heyətində Samir Məhərrəmli fərqlənib.

B qrupunda mübarizə aparan “Qəbələ” II turda “Partizan”la görüşüb. Matç Serbiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Komandamız bu gün keçiriləcək III turda “Panatinaikos”la (Yunanıstan) görüşəcək.


oxunma sayı: 31 | Paylaş: