Bu gün:


FutbolPress.Az | "Atletiko"da itki: 3 həftə oynamayacaq

"Atletiko"da itki: 3 həftə oynamayacaq


oxunma sayı: 43 Paylaş:

“Atletiko” itkiylə üzləşib. Komandanın müdafiəçisi Xuanfran Çempionlar Liqasının “Lester”ə qarşı səfər oyununda (1:1) sıradan çıxıb.

Sağ ayaq əzələsindən zədə alan 32 yaşlı müdafiəçi bir müddət komandasına kömək edə bilməyəcək. O, 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, “Atletiko” iki oyunun nəticəsinə əsasən (1:0, 1:1) “Lester”i mübarizədən kənarlaşdıraraq, Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.


oxunma sayı: 43 | Paylaş: