Bu gün:


FutbolPress.Az | Nə Messi, nə də Ronaldo: Avropanın ən yaxşısı odur

Nə Messi, nə də Ronaldo: Avropanın ən yaxşısı odur


oxunma sayı: 573 Paylaş:

FutbolPressÇempionlar Liqasının ¼ final mərhələsinin cavab oyununda “Borussiya” ilə oyunda fərqlənən Radamel Falkao yeni göstəriciyə imza atıb. UEFA klub yarışlarında keçirdiyi 50-ci matçda 45-ci qolunu vuran kolumbiyalı forvard bununla da qol/oyun nisbətində ən yaxşı göstəricini müəyyənləşdirib.

Falkaonun oyun başına qol sayı 0.90-dır. Bu göstəricidə ikinci Almaniya futbolunun və “Bavariya”nın əfsanəsi herd Müllerdir -0.87. O, 71 oyunda 62 dəfə fərqlənib. Fransalı Stefan Qivarş is 28 matçda 24 qol vurub və onun göstəricsi 0.86-ya bərabərdir.

UEFA klub yarışlarında 103 qolla rekordçu Ronaldo isə ilk “10-luq”dan kənarda qalıb. 103 qolu 144 matçda vuran portuqaliyalının göstəricisi 0.72-dir. Müqayisə üçün qeyd edək ki, Ronaldonun əsas rəqibi sayılan Messi bu baxımdan 5-cidir. O, hər oyuna orta hesabla 0.83 qol vurub - 119 oyun, 98 qol.


oxunma sayı: 573 | Paylaş: