Bu gün:


FutbolPress.Az | "Lisenziya üçün müraciət etmək ixtiyarımız yoxdur" - Musa Qurbanov

"Lisenziya üçün müraciət etmək ixtiyarımız yoxdur" - Musa Qurbanov


oxunma sayı: 622 Paylaş:

FutbolPress"Zaqatala"nın prezidenti Musa Qurbanovun "FutbolPress"ə müsahibəsi...


- Komandanız "Səbail"lə heç-heçə etdi. Oyunla bağlı fikirləriniz...
- Komandamızdan daha yaxşı oyun gözləyirdim. Birinci hissədə yaxşı çıxış etsələr də, davamını gətirə bilmədilər. Nəticə oyuna görədi. Deyərdim ki, birinci hissədə biz, ikincidə “Səbail” yaxşı oynadı.

- Finişə iki tur qalmış “Zaqatala”nın Premyer Liqaya vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiz?
- Bizim üçün ilk iki yerdən birini tutmaq arzu olaraq qalacaq. Məncə, şansımız yoxdur.

- Gəlin, “Zaqatala”dan aralanaq bir qədər. Dünən Azərbaycan futbolunda ad qoymuş şəxslərdən biri, qardaşınız Qurban Qurbanovun 45 illik yubileyi idi. Onun karyerasında sizin də rolunuz olub. Bir az da bu barədə danışardız...
- Danışacaq çox şey yoxdur. Çünki Qurbanın həyatı göz qabağındadı və hamının xəbəri var. 45 yaşı tamam oldu. Biz, ümumiyyətlə, ad günlərinə, yubileylərə o qədər də əhəmiyyət vermirik. Dünən görüşümüz axşam saatlarında oldu. Adi günlərdən biri kimi görüşdük, söhbət etdik. İkimizdən başqa da heç kim yox idi.

- Qurban Qurbanovun bir zaqatalalı olaraq sizin burdakı işinizlə maraqlanırmı, komanda ilə əlaqələri varmı?
- Demək olar ki, hər gün görüşürük. Həm “Qarabağ”, həm “Zaqatala” haqda diskusiyalarımız olur. Necə mən onun işiylə maraqlanıramsa, o da eynilə həmin şeyləri soruşur. Lazım olanda bir-birimizə məsləhətlər veririk. Aramızda əsas söhbət mövzuları arasında “Qarabağ”la “Zaqatala” da var.

- Turnir cədvəli və qazanılacaq nəticələri bir kənara qoysaq, “Zaqatala” lisenziya tələbləri baxımından, ümumi mühit cəhətdən Premyer Liqaya hazırdırmı?
- Nəticəyə ümidli idik. Birinci dövrədə göstərdiyimiz oyunla Divizionun ən güclülərindən biri idik. Sadəcə ikinci dövrədə bir çox futolçumuz zədələndi. Bununla özümüzə bəraət qazandırmıram, amma ciddi problem yaratdı. Üstəlik I Divizionda eyn mövqeyə iki yüksək səviyyəli futbolçu tapmaq çətindir. Digər tərəfdən çalışdıq ki, komandamız əsasən yerli futbolçulardan ibarət olsun. Liesnziyalaşdırma məsələlərinə gəlincə, buna da ciddi yanaşmışdıq. Bəlkə də sənədləri I Divizionda ən tez biz təqdim etmişdik. Uşaq komandalarının hazırlığı, yuxarı kateqoriyası olan məşqçilərin olması və digər məsələlərə də fikir verişik. Struktur baxımından da bir çox bölgələrdən üstünlüyümüz var. Məsələn, stadionun olması, olimpiya bazasının mövcudluğu, böyük azarkeş kütləsi...  Lisenziyalaşma üçün lazım olan bütün meyarlara cavab veririk.

- Bir dəfə demişdiz ki, ilk 3 yerdən birini tutmasaz, lisenziya üçün müraciət etməyəcəksiz...
- Bizim lisenziya üçün müraciət etməyə ixtiyarımız yoxdur. O zaman müraciət edə bilərik ki, ilk iki yerləri tutanlardan hansısa birində problem yaransın. Əgər onlarda hər şey yolunda olsa, bu doğru olmaz, qeyri-etik olar.

- Baş məşqçi məsələsi nə yerdə qaldı? Dəyişiklik olacaqmı?
- Bizim hələ 2 oyunumuz var. İndidən bu barədə danışmaq düzgün olmayacaq.


oxunma sayı: 622 | Paylaş: