Bu gün:


FutbolPress.Az | Dmitri Nazarov "Aue"nin tarixinə düşə bilər

Dmitri Nazarov "Aue"nin tarixinə düşə bilər


oxunma sayı: 1126 Paylaş:

FutbolPressAzərbaycan millisinin və Almaniyanın "Aue" klubunun üzvü Dmitri Nazarov rekord vurmağa yaxındır. Bunun üçün ona 1 qol lazımdır.

Əgər "Dima" bu mövsüm klubunun heyətində daha bir dəfə penaltidən fərqlənsə, rekorda şərik olacaq. Buna qədər 6 dəfə "ağ nöqtə"dən fərqlənən futbolçu yalnız klubun əfsanələrindən olan Erler Olgerdən geri qalır. O, 1980/81-ci il mövsümündə 7 dəfə penaltidən fərqlənib. Milli üzvü daha bir oyunda penaltini qola çevirsə, 36 ildən sonra bunu bacaran ilk futbolçu olacaq.

Məsələ ilə bağlı "Bild"ə açıqlama verən veteran futbolçu Nazarovla fəxr etdiyini bildirib:

"Dmitri ilə fəxr edirəm. Gördüyü iş möhtəşəmdir. O, penaltiləri böyük dəqiqliklə yerinə yetirir. Belə vəziyyətdə qapıçının demək olar ki, şansı qalmır".

Nazarov bu mövsüm II Bundesliqada 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


oxunma sayı: 1126 | Paylaş: