')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: “Nə əvvəl, nə də indi belə bir müraciət olub”

Qurban Qurbanov: “Nə əvvəl, nə də indi belə bir müraciət olub”


oxunma sayı: 479 Paylaş:

FutbolPressAzərbaycan – Almaniya (1:4) oyununda iki ən diqqətçəkən oyunçudan biri “Qarabağ”lı Qara Qarayev idi. Oyunsonrası müzakirələrdə onun adı intensiv çəkildi, təriflər yağdırıldı və s.

Dünən isə informasiya yayıldı ki, İspaniya, Almaniya, Portuqaliya klubları Qarayla maraqlanıb. Və bu haqda müraciəti AFFA-nın seleksiya qrupuna ediblər.

Bu, bir az anlaşılan görünmədi. Üç ölkədən olan klubların hamısı onun məxsus olduğu klubla yox, birbaşa AFFA ilə əlaqə saxlayıb - qəribə görünməyə bilməzdi.

Futbolçunun özü açıqlamışdı ki, ona heç bir müraciət olmayıb. Normalda transfer məsələləri klubla müzakirə edilir. Ona görə də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan məsələyə münasibət öyrəndik:

“Mən ümumiyyətlə, bir oyuna görə qərar verib, müraciət eləməyin ciddi bir iş hesab etmirəm. Bəli, Qara həmin oyunu yüksək səviyyədə keçirmişdi, ancaq onun üçün hər hansı xarici klubdan bizə rəsmi müraciət olmayıb. Adətən, belə bir şey olanda əvvəlcə klubla əlaqə saxlanır”.

Qurbanov bildirdi ki, Qarayevin və istənilən digər futbolçunun Avropada, digər xarici klublarda oynamasının tərəfdarıdı, ancaq...

“Əlbəttə, istərdik futbolçularımız xarici klublarda oynasın, ancaq qeyd etdiyim kimi, bir oyuna görə qərar vermək ciddi ola bilməz. Avropada hər klubun bir neçə skautu olur və onlar ilboyu müşahidələr aparırlar, qeydlərini götürürlər, namizədlərini açıqlayırlar, ona uyğun da iş görülür. Əgər Qaranın, ya digər futbolçunun Avropaya, digər xarici kluba keçidi üçün müraciət olacaqsa, əlbəttə, belə bir şeyin olmasına  müsbət yanaşarıq. Ancaq nə əvvəl, nə də indi belə bir müraciət olubb. Yazılanlar, deyilənlər olub, rəsmi bir şey yoxdur ortada. Olarsa, dediyim kimi, buna baxmağa, müzakirə etməyə hazırıq. Yoxsa indidən Qaraya, yaxud başqa oyunçuya görə təklif gələrsə, necə davranarıq –  rəsmi heç bir müraciət olmadan bu haqda düşünmək mənasız  olar”.


oxunma sayı: 479 | Paylaş:




?>