')

Bu gün:


FutbolPress.Az | Uli Ştayn: "Azərbaycanlı futbolçular 600-700 min avro qazanırlar"

Uli Ştayn: "Azərbaycanlı futbolçular 600-700 min avro qazanırlar"


oxunma sayı: 578 Paylaş:

FutbolPressAzərbaycan millisinin sabiq məşqçisi Uli Ştayn bir neçə gün əvvəl yığmamızın sabiq baş məşqçisi Berti Foqtsun fikirlərinə münasibət bildirib. O, azərbaycanlı futbolçuların həddən artıq qaznadıqlarını və Avropa klublarına bu səbəbdən getmədiklərini deyən Foqtsun fikirlərini təsdiqlyib.

Ştayn "Bild"ə açıqlamasında yerli futbolçuların aylıq hətta 600-700 min avro qazandıqlarını deyib:

"Azərbaycan millisinin bütün oyunçuları profesionaldı və yaxşı yaşayırlar. Müqayisə üçün deyim ki, bu ölkədə orta aylıq qazanc 400 avrodur, futbolçular isə hətta 600-700 min avro qazanırlar".

O, futbolçuların ölkə xaricinə çıxmaqda, daha yaxşı klublarda oynamaqda maraqlı olmadıqlarını söyləyib:

"Bəzi oyunçuların səviyyəsi xeyli yüksəkdir. Məsələn, ikinci Bundesliqada oynayan Dmitri Nazarov yaxşı futbolçudu. Ancaq onlar inkişaf etməkdə maraqlı deyillər. Çünki hazırkı vəziyyətləri azərbaycanlı futbolçuları qane edir".


oxunma sayı: 578 | Paylaş:




?>