')

Bu gün:


FutbolPress.Az | "Neftçi" Şevçenkonu Bakıya gətirir

"Neftçi" Şevçenkonu Bakıya gətirir


oxunma sayı: 341 Paylaş:

FutbolPress"Neftçi"nin yubileyi ilə bağlı silsilə tədbirlər Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” matçında da davam edəcək.

30 mart 2017-ci il tarixdə təşkil olunacaq görüşü müxtəlif dövrlərdə "Neftçi”nin formasını geyinmuş veteran futbolçular izləyəcəklər. Onlar arasında hazırda ölkəmizdə yaşayan veteran futbolçularla yanaşı, ölkə xaricindən dəvət olunmuş – 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, Olimpiya çempionu İqor Ponomaryov, komandanın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var.

30 mart saat 19:30-da başlanacaq "Neftçi” – "Qarabağ” matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər maraqlı görüntülərə şahidlik edəcəklər. Bu səbəbdən klub fanatları matça 1 saat qalmış stadiona dəvət edib.


oxunma sayı: 341 | Paylaş:




?>