')

Bu gün:


FutbolPress.Az | Robert Prosineçkinin "dəmir intizam"ı (STATİSTİKA)

Robert Prosineçkinin "dəmir intizam"ı (STATİSTİKA)


oxunma sayı: 465 Paylaş:

FutbolPressDÇ - 2018-in seçmə mərhələsində Avropa zondasında 5-ci tur geridə qalıb.

Baş tutan matçlardan sonra ümumi statistik göstəricilər məlum olub. Azərbaycan millisi əksər göstəricilərdə ortabablardan olub.

Millimiz yalnız intiazmına görə öyünə bilər. Robert Prosineçkinin komandası geridə qalan 5 matçda cəmi 36 qayda pozuntusuna yol verib. Bu da Avropada ikinci göstəricidir. Komandamız yanız Almaniya millisindən geri qalır.

Qaydanı az pozan Azərbaycan yığması rəsmi xəbərdarlığada az məruz qalıb - cəmi 5 sarı vərəqə. Komanda bu göstəriciyə görə Avropanın 6-9-cu pillələrində qərarlaşıb. Burda da liderlik yığmamızın rəqiblərinə məxsusdur - Almaniya və Çexiya ilk sıralardadır. Onlar hərəyə 3 dəfə "sarı" alıb.

Statistikanın mənfi tərəfi isə qapımıza vurulan künc zərbələri ilə bağlıdır. Rəqiblər bunadək 37 dəfə korner vurub. Bu göstərici də Avropada ən zəiflərdəndir.

Digər statistik göstəricilər:

Vurulan qollar: 3 (matç başına - 0.75)
Qapıya gedən zərbələr: 12
Qapıya getməyən zərbələr: 20
Bloklanan zərbələr: 17
Dirəkdən dönən zərbələr: 1
Qapı önünə asma cəhdləri: 66 (tamamlanan: 25 - 38%)
Ötürmə cəhdləri: 1991 (dəqiq: 1725 - 83 %)
Seyvlər: 15
Buraxılan qollar: 8 (matç başına: 1.6)
Qayda pozuntusuna məruz qalma: 70


oxunma sayı: 465 | Paylaş:




?>