Ronaldo, Messi, Neymar...
Paylaş:
"France Football" nəşri bu mövsümün ən çox qazanan futbolçu və məşqçilərinin siyahısını açıqlayıb.
Bu mövsüm ən çox pul qazanan futbolçu 87.5 milyon avro ilə Portuqaliya millisinin və "Real"n hücumçusu Kristiano Ronaldodur. Argentina millisinin və "Barselona"nın oyunçusu Lionel Messi ikinci (76.5 milyon avro), Braziliya yığmasının və "Barselona"nın futbolçusu Neymar isə üçüncüdür (55,5 milyon avro).
Ən çox pul qazanan məşqçilərin siyahısına "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyo başçılıq edir. O, 28 milyon avro qazanıb. İkinci yerdə Çin millisinin baş məşqçisi Marçello Lippi (23.5 milyon avro) qərarlaşır. PSJ-nin sabiq çalışdırıcısı Loran Blan isə 20 milyon avro ilə üçüncüdür.
| Paylaş: