')

Bu gün:


FutbolPress.Az | "Boavişta"nı tərk edəcəyim dəqiqdi" - Kamran Ağayev

"Boavişta"nı tərk edəcəyim dəqiqdi" - Kamran Ağayev


oxunma sayı: 648 Paylaş:

FutbolPressAzərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliyanın “Boavişta” klubundan ayrılması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

“CBC Sport”da efirə gedən “Bizim Futbol” verilişinin qonağı olan futbolçu Portu klubunu tərk edəcəyinin dəqiq olduğunu, amma Avropada qalmaq istədiyini bildirib:

“Boavişta” ilə cəmi 2 aylıq müqaviləm qalıb. Deyirlər ki, “Benfika” ilə oyunda dava elədiyimə görə komandadan kənarlaşdırıblar. Belə deyil. Orda işlər elə alındı ki, braziliyalı qapıçı əsas heyətdə oynamağa başladı. İndi “Boavişta”ya qayıdıram. Amma oranı tərk edəcəyim dəqiqdi. Bəzi klublarla danışıq aparırıq. İstəyirəm ki, Avropada qalım. Top çempionatlarda olmasa da, öz liqasında çempionluğa oynayan hər hansı başqa komandaya keçə bilərəm. Alınmasa, Azərbaycana qayıdacam”.

Ağayev adının “Neftçi” ilə hallanmağına da münasibə bildirib:

“Hazırda “Neftçi” ilə heç bir danışıq aparmıram. Amma Avropada klub tapa bilməsəm, “Neftçi”yə də keçərəm. Təbii ki, məni komandada görmək istəsələr və razılıq əldə edilsə. Amma hazırda belə bir razılıq yoxdu”.


oxunma sayı: 648 | Paylaş:




?>