')

Bu gün:


FutbolPress.Az | "Birlik kuboku"nun bərpası: AFFA təkliflərini açıqladı

"Birlik kuboku"nun bərpası: AFFA təkliflərini açıqladı


oxunma sayı: 326 Paylaş:

FutbolPressAFFA "Birlik kuboku"nun bərpasında maraqlıdır.

Bu barədə qurumdan Rusiyanın "championat.com" saytına açıqlama verilib. Bildirilib ki, AFFA bu turnirin keçirilməsi istəyinə müsbət yanaşır:

"Birlik kuboku"nun əhəmiyyəti və nüfuzlu nəzərə alınaraq yarışın bərpa olunması istəyi ilə bağlı AFFA prezidenti Rövnəq Abdullayevlə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bu məsələni növbəti görüşdə müzakirə ediblər".

AFFA "Birlik kuboku ilə bağlı konkret təkliflər də irəli sürüb. Qurum kubokun iştirakçı ölkələrdə növbəli sistemlə keçirilməsini və qalibin növbəti turnir üçün təşkilatçı olmasını təklif edib. Federasiya, həmçinin, turnirə marağı artırmaq məqsədiylə qonşu ölkələrin komandalarının cəlb edilməsini məqsədəuyğun hesab edib.


oxunma sayı: 326 | Paylaş:




?>