')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin 5 futbolçusu üçün 358 dəqiqə

"Qəbələ"nin 5 futbolçusu üçün 358 dəqiqə


oxunma sayı: 82 Paylaş:

FutbolPress“Qəbələ”nin futbolçuları DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin V turunda iştirak ediblər.

C qrupunda çıxış edən Azərbaycan milli komandasının Almaniya ilə ev oyununda Məhəmməd Mirzəbəyovla Cavid Hüseynov start heyətində meydana çıxıblar. Onların hər biri 90 dəqiqə meydanda olublar. Yığmamızın 1:4 hesabı ilə uduzduğu görüşün 81-ci dəqiqəsində Ruslan Qurbanov da komanda yoldaşını əvəzləyib.

Bundan başqa, Nika Kvekveskiri Gürcüstan millisinin Serbiya ilə ev oyununda iştirak edib. D qrupunun oyununda balkanlılar 3:1 hesabı ilə qələbə qazanıb. Yarımmüdafiəçi start heyətində başladığı görüşdə 90 dəqiqə meydanda olub.

Sergey Zenyovun şərəfini qoruduğu Estoniya millisi isə səfərdə Kiprlə qarşılaşıb. H qrupunun oyununda qol vurulmayıb. Start heyətində meydana çıxan hücumçu 79-cu dəqiqədə əvəzlənib.


oxunma sayı: 82 | Paylaş:




?>