84 ildən sonra qırılan rekord
Paylaş:
“Ayaks”ın müdafiəçisi Matteys de Liqt Hollandiya futbolunun tarixinə düşüb.
O, 84 illik fasilədən sonra ölkənin əsas millisinin heyətində meydana çıxan ən gənc futbolçu olub.
Matteys de Liqt millidə dünən - 17 yaş 225 günündə, DÇ-2018-in seçmə mərhələsində Bolqarıstana qarşı oyunda debüt edib.
1933-cü ildə Mauk Veber adlı futbolçi 17 yaş 222 günündə ilk dəfə Hollandiya millisində oyuna çıxıb.
| Paylaş: