"Azərbaycanı məğlub etsək, vəziyyəti düzəldə bilərik"
Paylaş:
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Norveç millisinin baş məşqçisi Lars Laqerbek açıqlama verib.
O, Şimali İrlandiyaya 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra bunları deyib:
"Bizim üçün kabus kimi oyun oldu. Çox zəif təsir bağışladıq. Üzərimizdə hələ çox çalışmalıyıq. İlk hissədə meydanda yox idik. İkinci hissdə isə nisbətən yaxşı təsir bağışladıq. Məğlub olmasaydıq, yaxşı şanslarımız olacaqdı. Amma yenə də hər şey bitməyib. Mübarizə aparacağıq. Düzdü, bu, çətindi. Amma qrupda ikincilik şansımız var. Bundan sonra keçirəcəyimiz oyunlarda məğlub olmamalıyıq. Şimali İrlandiya və Azərbaycanı doğma meydanımızda məğlub etsək, vəziyyətimiz düzəldə bilərik".
| Paylaş: