')

Bu gün:


FutbolPress.Az | "Bu oyunla qrupda istənilən rəqibi məğlub edə bilərik" - Robert Prosineçki

"Bu oyunla qrupda istənilən rəqibi məğlub edə bilərik" - Robert Prosineçki


oxunma sayı: 614 Paylaş:

FutbolPressDÇ – 2018-in seçmə mərhələsində Azərbaycan millisi Almaniya yığmasını qəbul edib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunsonrası mətbuat konfransında millimizin çalışdırıcısı Robert Prosineçki  jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqda fikirləriniz...
- Möhtəşəm atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm. Oyuna gəlincə, komandam yaxşı oynadı. Əzmkarlıq göstərdilər. Güclü rəqibə qarşı müdafiəyə oturmadıq. Almaniya kimi komanda səhvləri bağışlamır. Bu gün də belə oldu. Amma Azərbaycan millisi ilə fəxr etmək olar.

- İki fərqli hissə oldu. İkinci hissədə daha yaxşı oynadıq. Bu, fasilədə futbolçularla danışığınızın nəticəsi idi, yoxsa rəqib oynamağa imkan verdi?
- Fərqli iki hissə olduğunu deməzdim. Hesab 1:1 olandan sonra Əfran adi epizodda top itirdi, sonra Qomesə uzun ötürmə ilə fərqi artırdılar. Əgər bu səhvlər olmasa, ilk hissənin heç-heçə bitirərdik. Gəlin bunları qoyaq bir kənara. Almaniya kimi rəaibə qarşı belə oynamışıqsa, buna ancaq sevinmək olar.

- Renat Dadaşovun oynamamasının səbəbi nə idi?
- Onun 18 yaşı var. ilk dəfə idi milli ilə bir yerdə idi. Ona görə də bu gün oynatmadıq. Çox istedadlı futbolçudur. Öz üzərində işləməlidi. Onu bu yaşda belə rəqibə qarşı oynatmaq çox tez idi. Nə zaman hazır olsa, oynayacaq.

- Dünən demişdiz ki, rəqibi tam analiz etmisiz. Bugünkü məğlubiyyətin əsas səbəbi nə idi? Oyunçuların ustalıq səviyyəsi, yoxsa tapşırıqların düzgün yerinə yetirilməməsi?
- Almaniya millisi oyunçu keyfiyyəti baxımından bizdən çox üstündü. Komandam bu gün maksimumunu göstərdi. 90 dəqiqə ərzində bacardığımızı etdik. Bundan o yana mümkün deyildi. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları hər həftə top-klubların heyətində Bundesliqada, La Liqada, Çempionlar Liqasında oynayırlar. 

- Oyun təcrübəsi olmayan futbolçular ilk "11-lik"də idi. Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov və digərləri...  Bunun səbəbi oyunçu çatışmazlığıdır?
- Bu gün ən yaxşı oyun göstərənlərdən biri Qara Qarayev idi. Rahid əzmkarlıq göstərdi. Əfran elə bir oyunçudur ki, fərqlilik etməyi bacarır. Düzdü, bu gün səhv də etdi, amma Nazarova qol ötürməsini də o verdi. O, meydançada olanda qeyri-normal hücumlar qura bilirik, komandada özünəinam olur. Məncə, ən yaxşıları meydana buraxmışdım.

- Dediz ki, komandamızın maksimumu bu idi. Bu, Çexiya və Şimali İrlandiya yığmalarını məğlub etmək üçün bəs edəcəkmi?
- Bu oyunla qrupda istənilən rəqibi məğlub edə bilərik.

- Makmim Medvedevi oyunun gedişində yanınıza çağırsaz da, meydana buraxmadız. Bunun səbəbi nə idi?
- Oyunun gedişində Bədavi Hüseynov zədələndiyini demişdi deyə Maksim Medvedevi yanıma çağırıdım. Amma Bədavi sonradan oynaya bilcəyini dediyi üçün, Maksim meydana çıxmadı.

- Çox vaxt jurnalistlərin fikirlərini qəbul etmirsiz. Mənə maraqlıdır, Almaniya ilə oyun daha ağır keçdi, yoxsa mətbuat konfransı?
- Fikirlərin fərqli olması normal şeydi. Şadam ki, hər dəfə oyunlardan sonra maraqlı suallarınız olur. Bu gün dünyanın ən yaxşı komandasına qarşı oynadıq. Növbəti DÇ-də əsas favoritdilər. Ən çətini komandamı bu oyuna hazırlamaq idi. İstəyirdim ki, milli öz oyununu oynasın və güclü rəqibə qarşı müqavimət göstərsi. İstəyirdim, almanlar bu oyunun asan keçmədiyini desinlər. Bu gün göstərdik ki, fiziki durumumuz da yaxşıdı, texniki cəhətdən də yüksək səviyyədə çıxış edirik. Komandam sürətli oynaya bildiyini sübut etdi.

- Almaniyaya məğlubiyyətə görə heç kim sizi qınamır. Ancaq ilk gündən jurnalistlərin fikirlərini aqressiya ilə qarşılayırsız. Azərbaycanlı jurnalistlər futbolu bilmirlər?
- Mən aqressiv danışmıram, sadəcə tərzim belədir. Azərbaycanlı jurnalistlərin futbolu bilmədiyini heç vaxt deməmişəm. Tənqidi qəbul edirəm. Amma nəyisə müsbət yazmaq olarsa, mən istərdim ki, jurnalistlər onu belə yazsınlar. Təkcə mənim komandaya inamım bəs etmir. İstərdim ki, siz özünüz də bizə inanasız. Demirəm, həmişə tərifləmək lazımdı, amma yaxşı oynayanda bunu qeyd etmək lazımdır. Nə vaxt qəzetlərə baxıram, tənqidlər görürəm. 

- Nazarov komandanın ən yaxşısı idi. Qara Qarayev də yüksək səviyyədə oynadı. Fikirləşmirsiz ki, o artıq Azərbaycan çempionatının səviyyəsini keçib? Bu barədə onunla bağlı danışığınız olubmu?
- Nazarov ikinci Bundesliqada oynayır. O, bu gün belə komandaya qarşı əla çıxış etdi. Mən istəyərəm ki, futbolçularım Avropanın güclü çempionatlarında, yaxşı komandalarda oynasınlar. Mən onların əlindən tutub Avropaya apara bilmərəm. Əgər futbolçularımız güclü klublarda oynasalar, bunun milliyə böyük xeyri dəyəcək.

- Daha əvvəlki seçmə mərhələdə Almaniyaya 1:3, bu dəfə 1:4 uduzduq. Amma indiki komanda daha proqressiv sayılır. Hücum gücümüz yüksəkdir, yaxşı kombinasiyalar qurulur və s. Qrup mərhələsində qarşıdakı oyunlarda neçə xal söz verə bilərsiz?
- Hansısa konkret xal söz ver bilmərəm. Qalan ev oyunlarında müksimum xal qazanmağa çalışacağıq. Ən vacib oyunumuz Şimali İrlandiyaya qarşı olacaq. Bu yuxunu davam etdirmək üçün iyunda Şimali İrlandiyanı məğlub etməliyik.

- Almaniyaya qarşı göstərdiyiniz oyuna görə AFFA rəhbərliyindən mükafat gözləmirsiz? Çünki əvvəllər məğlubiyyətə görə də komandaya mükafat verilib...
- Biz yaxşı oynadıq, amma təəssüf ki uduzduq. Mükafat məni maraqlandırmır. Vacib məsələ Şimali İrlandiya ilə oyuna kimi komandamı yaxşı hazırlaşdırmaqdı. Həmin oyunöncəsi 20 günlük hazırlığımız olacaq. 2 yoldaşlıq oyunu planlaşdırmışıq. Mükafatdan daha vacib növbəti oyunda yaxşı nəticə qazanmaqdı.

- Kamran ağayevin çıxışından razı qaldız
- Onun klubunda oynamaması böyük peoblemdir. Kamranın keyfiyyətinə bələdik. Oyunu analiz etməliyəm. Qollarda günahı yox idi. Amma künc zərbələri zamanı toplara çıxmırdı. İnanıram ki, qısa zamanda özünə yaxşı komanda tapacaq.



oxunma sayı: 614 | Paylaş:




?>