')

Bu gün:


FutbolPress.Az | Yoahim Löv: "Azərbaycan millisi tərifəlayiq oyun göstərdi"

Yoahim Löv: "Azərbaycan millisi tərifəlayiq oyun göstərdi"


oxunma sayı: 1661 Paylaş:

FutbolPressDÇ – 2018-in seçmə mərhələsində Azərbaycan millisi Almaniya yığmasını qəbul edib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunsonrası mətbuat konfransında Bundestimin çalışdırıcısı Yoahim Löv  juranlistlərin suallarını cavablandırıb.

- Oyun barədə düşüncələriniz...
- Oyundan tam razı qalmadım. Komandamın daha yaxşı çıxış edəcəyini gözləyirdim. Təəssüf ki, həmin oyunu göstərə bilmədik. Biz bundan daha artığını etməyə qadirik.

- Şürledən belə oyun gözləyirdiz?
- Dünən Şürleni tərifləyirdim. Bu gün də yaxşı çıxış etdi. Necə keyfiyyətli oyuncu olduğunu bilirik. Təəssüf ki, klubunda yaxşı oynamır. Bu səviyyədə çıxış edəcəyini gözləmirdim. Amma ona inanırıq və sübut etdi ki, komandamız üçün çox vacib oyunçudur.

- Yeni ildə iki oyun keçirmisiz. Bunlara əsasən komandanızın vəziyyəti barədə nə deyə bilərsiz?
- Biri yoldaşlıq oyunu idi. Bugünkü matç daha vacib idi. Son 4 ayda çox da təlim-məşq toplanışı keçə bilmədik. Hazırlığınız istənilən səviyyədə deyildi. Mən istərdim ki, ilk qoldan sonra növbətiləri də vuraq. Təəssüf ki, bacarmadıq. Bəzi məqamlarda oyun əldən getmişdi. Tam fərqli Azərbaycan yığması gördüm. 8 il, 5 il əvvəlki komanda deyil. Hiss edilir ki, daha inamlı oynayırlar, hücum edirlər. Rəqib ancaq müdafiədə oturmadı. Norveçi məğlub edən komandadan bunu gözləyirdik. Bilirdik ki, çətin olacaq. Azərbaycan tərifəlayiq oyun göstərdi. Fürsədən istifadə edib, komandamın liderlərinə də təşəkkür edirəm. Çünki belə kiçik futbol ölkəsinin komandasına qarşı konsentrasiya ola bildilər. Biz adətən belə komandalara böyük hesabla qalib gəlirik.

- AÇ-2012-nin seçmə mərhələsində hər iki oyunda Azərbaycan yığması Almaniyaya qol vurmuşdu. 7 oyundan sonra da Bundestimin “quru” seriyasını millimiz qırdı...
- Mən istərdim ki, “quru” seriyanı qoruyaq. Azərbaycan yığması yaxşı oynadı. Qola qədər də, sonra da. Mən görürəm ki, ölkənizdə fubol inkişaf edir. Həm topla yaxşı oynayırlar, həm fiziki cəhətdən güclüdülər. Azərbaycan futbolu yüksəlişdədi. “Maşallah!”

- Renat Dadaşov Almaniya ilə oyun üçün Azərbaycan millisinə dəvət edilmişdi. Bu oyunçu əvvəllər Alçaniyanın aşağı yaşlılarında çıxış edib. Lövün ondan xəbəri varmı? Bir də belə iddia var ki, Azərbaycan ona görə 1 milyon dollar ödəyib...
- Bəli onu tanıyırdım. Bilirəm ki, istedadlı futbolçudur. Azərbaycan yığmasını seçib və komandasına xeyri dəyəcək. Amma 1 miyon məsələsindən xəbərim yoxdur. Bu, mənim işim də deyil.


oxunma sayı: 1661 | Paylaş:




?>