')

Bu gün:


FutbolPress.Az | "Almaniyanı dəstəkləyən azərbaycanlıları başa düşmürəm" - Ramil Şeydayev

"Almaniyanı dəstəkləyən azərbaycanlıları başa düşmürəm" - Ramil Şeydayev


oxunma sayı: 280 Paylaş:

FutbolPressDÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi bu gün Almaniya yığması ilə qarşılaşacaq. 

Matç ətrafında belə söz-söhbət yayılıb ki, təxminən 20-ə qədər yerli azarkeş oyun vaxtı Bundestimi dəstəkləyəcək.

Bu məsələ ilə bağlı millimizin hücumçusu Ramil Şeydayev açıqlama verib. AFFA-nın feysbuk səhifəsi futbolçunun fikirlərini yayıb: "Hər kəs istədiyi milli komandaya azarkeşlik edə bilər. Ancaq öz ölkəsinin yığmasının oyununda rəqib komandaları dəstəkləyənləri başa düşmürəm".

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya görüşü saat 20:00-da start götürəcək.


oxunma sayı: 280 | Paylaş:




?>