Rəşad Sadıqov: "Yəqin kimsə onu ləkələməyə çalışır"
Paylaş:
DÇ – 2018-in seçmə mərhələsində Azərbaycan millisi sabah Almaniya yığmasını qəbul edəcək.
“FutbolPress” xəbər verir ki, oyunöncəsi mətbuat konfransında yığmamızın futbolçusu Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
Kapitan əvvəlcə oyun barədə ikirlərini bildirib:
“Güclü rəqibə qarşı oynayacağıq. Qrupda ən güclü komandadır. Həm oynadığı futbol, həm də nəticələri ilə bunu sübut ediblər. Əlimizdən gələni edəcəyik ki, sabah yaxşı çıxış edək və uğurlu nəticə qazanaq. Hərtərəfli rəqibdir. Həm texnikalı, həm də atletik oynamağı bacarır. Standart vəziyyətlərdən də yaxşı istifadə edirlər. Xırda bir səhvi belə bağışlamayacaqlar. Çox danışmaq yox, meydançada yaxşı oyun göstrmək lazımdır”.
- Sabah tribunalar tam qolu olacaq. Bu sizə əlavə güc verir, yoxsa gərginlik yaradır?
- Azarkeşlərin tribunalarda olması əlavə stimuldur. Sevindiricidir ki, stadion tam dolacaq. Bu, rəqib üçün də problem yaradacaq. Hər dəfə bu qədər azarkeş qarşısında oynamırıq. Azarkeşlərimiz üçün darıxmışıq. Çox istərdik ki, onları sevindirək.
- Belə bir iddia ver ki, AFFA Renat dadaşova 1 milyon dollar verib. Düşünmürsüz ki, almanlar oyunöncəsi belə məlumatlar yaymaqla komandamızın düşərgəsində çaxnaşma yaratmağa çalışırlar?
- Düşünmürəm ki, kimsə düşərgəmizdə nəsə çaxnaşma yaratmaq istəsin. Təsdiqini tapmayan məlumatdır. Belə şeylərə fikir vermirik. Renatın Azərbaycanı seçməsi sevindricidir. Yəqin ki, kiminsə ondan xoşu gəlmir və onu ləkələməyə çalışır. Özü də açıqlamasında dediyi kimi millimizi Azərbaycana olan məhəbbətinə görə seçib. Perspektivli oyunçudur, inanıram ki, yığmamıza xeyri çox dəyəcək.
| Paylaş: