')

Bu gün:


FutbolPress.Az | AFFA Renat Dadaşovu 1 milyon dollara razı salıb  - İDDİA

AFFA Renat Dadaşovu 1 milyon dollara razı salıb - İDDİA


oxunma sayı: 708 Paylaş:

FutbolPressAFFA-nın böyük perspektiv vəd edən 17 yaşlı hücumçu Renat Dadaşovu Azərbaycan millisində oynamağa necə razı saldığı ilk gündən böyük sual doğurur.

Almaniyanın "Bild" nəşri məsələ ilə bağlı sensasiyalı  iddia ortaya atıb. Qəzetin yazdığına görə, Renat Dadaşov Azərbaycan millisində oynamağı pula görə seçib. AFFA Renatı 1 milyon dollar və mənzil qarşılığında razı salıb.

Almaniyalı həmkarlarımız yazıb ki, Dadaşov uşaq futbol komandalarında oynayarkən də onun üçün pul vacib olub. O, 2014-cü ildə "Leyptsiq"ə keçərkən də pulu üstün tutub və həmin vaxt aylıq qazancı 2500 avro olub. Ancaq orda o, xoşbəxt olmayıb. Komandanın baş məşqçisi ilə aralarında münaqişə yaşanıb. O, klubun məktəbinə gələrkən ətrafa 100 avroları səpməsini videoya çəkib, "WhatsApp"da paylaşması ilə fəxr edirdi".

"Bild"in yazdığına görə, Renat Dadaşovun "Leyptsiq"dən "Aytraxt"a keçməsi onun intizamsız davranışları ilə bağlı olub. O, hətta "Leyptsiq"də öz biznesini də qurubmuş: "Dadaşov gecə elektrik plitədə yarımfabrikatlar hazırlayaraq onu komanda yoldaşlarına satıb. "Ayntraxt" onun istedadına inandığı üçün bu il yenidən qəbul etdi. Hələ ki, o, komandasının ümidlərini doğruldur və 7 oyuna 5 qol vura bilib". 


oxunma sayı: 708 | Paylaş:




?>