')

Bu gün:


FutbolPress.Az | “Panzerlər”in şanlı tarixi və "niyə də yox"...  (RƏQİBİ TANIYAQ)

“Panzerlər”in şanlı tarixi və "niyə də yox"... (RƏQİBİ TANIYAQ)


oxunma sayı: 655 Paylaş:

FutbolPressDÇ-2018 seçmə mərhələsində növbəti rəqibimiz Almaniyadı. Qrupun favoritini martın 26-da 20:00-da “Tofiq Bəhramov”da qəbul edəcəyik.

Qonağımızı tanıyaq

Almaniya Federativ Respublikası (almanca: Bundesrepublik Deutschland (Doyşland)) əhali sayına görə (81.8 milyon) Avropa Birliyində birincidir. 1871-ci il Fransa-Prussiya müharibəsindən sonra birləşən ərazilərin adı ilk dəfə Almaniya adlandı.

Dünyaın üçüncü böyük iqtisadiyyatına malik bu dövlətin tarixi zəngindir. Elm, sənaye, iqtisadiyyatda örnək sayıla biləcək Avropa liderinin hər iki dünya müharibəsində məğlub olmasına baxmayaraq, bərpa və inkişaf sürətinə görə gözqamaşdırıcı addımlar atıb.

Milli nəticələr

Almaniya Futbol federasiyası 1900-cü ildə, milli komanda – bundestim isə 1908-də yaradılıb. “Panzerlər” adlanan yığma ilk böyük uğuru DÇ-1954-də qazanıb. Finalda Macarıstanı məğlub edən (3:2) Qərbi Almaniya Respublikası (Oxu: sonradan AFR) dünyanın ən güclüsü olub.

Bundestim 4 dəfə dünya çempionu olmaqla bu nəticədə yalnız Braziliyadan geri (5) qalır. Növbəti DÇ qalibiyyətləri 1974 (- Hollandiya 2:1), 1990 (- Argentina 1:0), 2014 (- Argentina 1:0).

Almaniya futbolunun “mükafatbazlığı” öz yerində, onlar DÇ finallarında ən çox oynamış komanda kimi də fərqlidilər (1966, 1982, 1986, 2002). Eyni sayda kubokun “bürünc”ünü qazanıblar  -  1934, 1970, 2006, 2010.

“Panzerlər”in DÇ-dəki 4 rəqəmiylə həmahəng nəticələri Avropa Çempionatlarında 3 ilə bağlıdır. Onlar İspaniya ilə bərabər “Köhnə qitə”nin ən çox çempion olmuş (3) iki yığmasından biridir. Ancaq elə bir o qədər də AÇ-nin finalına çıxıb, məğlub olmaqla pireneyliləri məhsuldarlıqda ötürlər.
1988-ci ildəki AÇ-də isə “bürünc”ə sahibləniblər.

Almaniya millisinin ən böyük hesablı qələbəsi 13:0 olub. Bu, iki dəfə qeydə alınıb. "Panzerlər" 1940-cı ildə Finlandiyanı, 2006-cı ildə San-Marinonu bu hesabla məğlub ediblər.

Budestim 1909-cu ildə İngiltərəyə 0:9 hesabı ilə məğlub olub, ki bu da komandanın ən ağır yenilgisidi.

Bu zəngin medal-kubok muzeyinə sahib bundestimin Azərbaycanla yaşıl meydanlarda qarşılamaları:

Sözügedən rəqiblə indiyədək rəsmi oyunlarda 4 dəfə qarşılaşmışıq. Almanlar bu görüşlərdə millimizin qapısına 15 qol vurub, cavabında isə rəqibi 2 dəfə məyus edə bilmişik.

12.08.2009. Bakı DÇSO:
Azərbaycan – Almaniya 0:2

1.09.09.2009. Hannover DÇSO:
Almaniya – Azərbaycan 4:0

2.07.09.2010. Köln AÇSO:
Almaniya – Azərbaycan 6:1

3.07.06.2011. Bakı AÇSO:
Azərbaycan – Almaniya 1:3

1.26.03.2017. Bakı DÇSO:
Azərbaycan – Almaniya -:-

2.08.10.2017. Almaniya DÇSO:
Almaniya – Azərbaycan -:-

U-21

08.10.2004 AÇSO:
Azərbaycan – Almaniya 0:2

02.09.2005 AÇSO:
Almaniya – Azərbaycan 2:0

08.09.2015 AÇSO:
Azərbaycan – Almaniya 0:3

13.11.2015 AÇSO:
Almaniya – Azərbaycan 3:1

U-19

05.10.2002. Almaniya AÇSO:
Almaniya - Azərbaycan 7:0

Klublar

19.08.2010. Dortmund UEFA AL pley-off:
“Borussiya Dortmund” – “Qarabağ” 4:0

26.08.2010.Bakı UEFA AL pley-off:
“Qarabağ” – “Borussiya Dortmund” 0:1

17.01.2011. Antalya, Türkiyə YO (Yoldaşlıq oyunu):
“Neftçi” – “Dinamo Drezden” 0:1

03.07.2013. Duysburq, YO:
Azərbaycan (U-16) – Hamburq (U-16) 1:1

03.07.2013. Tirol, Avstriya, YO:
“Neftçi” – “Energi Kottbus” 0:2

11.07.2013. Tirol, Avstriya, YO:
“ Neftçi” – “Dinamo Drezden” 1:2

22.08.2013. Bakı, UEFA AL pley-off:
“Qarabağ” – “Ayntraxt” 0:2

29.08.2013. Frankfurt, UEFA AL pley-off:
“Ayntraxt – Qarabağ” 2:1

25.01.2014. Antalya, Türkiyə, YO:
“İnter Bakı” – “Arminiya” 2:2

06.07.2014. Avstriya, YO:
“Neftçi” – “Dinamo Drezden” 1:2

13.01.2015. Antalya, YO:
“İnter Bakı” – “Energi Kottbus” 1:1

14.01.2015. Antalya, YO:
“Xəzər Lənkəran” – “Kemnitser” 0:2

15.01.2015. Antalya, YO:
“Simurq” – “Duysburq” 1:4

20.01.2015. Antalya, YO:
“Qəbələ-2” – “Frayburq” 1:1

19.03.2015. Frankfurt, YO:
“Fortuna-2” – Azərbaycan (U-19) 2:0

21.03.2015. Frankfurt, YO:
“Ayntraxt” (U-19) – Azərbaycan (U-19) 0:1

22.10.2015. Bakı, Azərbaycan UEFA AL:
“Qəbələ” – “Borussiya Dortmund” 1:3

05.11.2015. Dortmund, Almaniya UEFA AL:
“Borussiya Dortmund” – “Qəbələ” 4:0

13.01.2016. Antalya, Türkiyə YO:
“İnter Bakı” – “Verder-2” 0:1

15.01.2016. Antalya, Türkiyə YO:
“İnter Bakı” – “Verder” 0:1

19.01.2016. Antalya, Türkiyə, YO:
“Qəbələ-2” – “Ayntraxt” (U-21) 0:1

29.09.2016. Bakı, Azərbaycan. UEFA AL:
“Qəbələ” – “Mayns” 2:3

08.12.2016. Maynts, Almaniya. UEFA AL:
“Mayns” – “Qəbələ” 2:0

Almaniya millisində ən çox qol vuran Miroslav Klozedi. Ondan sonra əfsanəvi Herd Müller, üçüncü isə millimizlə oyundan əvvəl, İngiltərəyə qarşı yoldaşlıq görüşündə bundestim karyerasını başa vuran Podolskidi.


 
Sıra Oyunçu İllər Qol Oyun %
1 Miroslav Kloze 2001–2014 72 137 0.53
2 Jerd Müller 1966–1974 68 62 1.1
3 Lukas Podolski 2004–2017 48 126 0.38
4 Rudi Völler 1982–1994 47 90 0.52
Yurgen Klinsmann 1987–1998 47 108 0.44
6 Karl-Heinz Rummenigge 1976–1986 45 95 0.47
7 Uwe Seeler 1954–1970 43 72 0.6
8 Mixael Ballak 1999–2010 42 98 0.43
9 Oliver Bierhoff 1996–2002 37 70 0.53
10 Fritz Walter 1940–1958 33 61 0.54
# Tomaş Müller 2010-2017 31 67 0.46
# Mario Qomez 2007-2017 27 63 0.43
# Andrea Şürle 2010-2017 20 49 0.41
# Məsut Özil 2009-2017 18 70 0.26
 


oxunma sayı: 655 | Paylaş:




?>