')

Bu gün:


FutbolPress.Az | AFFA-nın biganəliyi və ya okeanın o tayında Banişevski necə yad edilir?

AFFA-nın biganəliyi və ya okeanın o tayında Banişevski necə yad edilir?


oxunma sayı: 645 Paylaş:

FutbolPressMartın 22-si Nyu-Yorkda Anatoli Banişevski adına turnir keçirilib.

Vaxtilə "Neftçi" və "Kəpəz"də çıxış etmiş Arif Zərbəliyevin təşkilatçılığı ilə sayca 3-cü dəfə keçirilən tədbirdə bir çox maraqlı simalar iştirak edib. Onların arasında Azərbaycan millisinin sabiq üzvü Elşən Qəmbərov, Elmar Xeyirov, bir vaxtların tanınmış futbolçularından Leonid Şatan, Bruklinin icra şöbəsinin nümayəndəsi və digərləri olub.

Turnirdə 4 komanda iştirak edib. "Neftçi" finalda "Dnepr"i məğlub edərək turnirin qalibi olub.

Final oyunundan sonra qalib komanda mükafatlandırılıb.

P.S

Okeanın o tayında həvəskar səviyyədə olsa belə, bu cür turnirin təşkil edilməsi alqışalayiq haldı. Xüsusilə nəzərə aldıqda ki, Banişevskinin vətəni Azərbaycanda onun adına həvəskar səviyyədə bir yarış belə təşkil edilmir.

Nyu-Yorkda turnir keçirilir, ora komandalar cəlb edilir... Bu, yaxşı ideya, təşəbbüs, həm də təbliğatdı. Futbolun kütləviləşməsindən danışan AFFA isə ölkə futbolunun əfsanəsi ilə bağlı kiçik bir tədbiri, yarışı da əsirgəyir. Təkcə pafoslu cümlələr qurmaqla olmur ki...


oxunma sayı: 645 | Paylaş:




?>