')

Bu gün:


FutbolPress.Az | "Almaniyaya uduzmasaq, bu, əsl partlayış olacaq" - Robert Prosineçki

"Almaniyaya uduzmasaq, bu, əsl partlayış olacaq" - Robert Prosineçki


oxunma sayı: 291 Paylaş:

FutbolPress"Almaniya yığması hər zaman favoritdir". Bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-inseçmə mərhələsində Bundestimlə oyun öncəsi deyib.

"Kicker" nəşrinə açıqlamasında Almaniya yığması ilə oyun barədə fikirlərini bildirən mütəxəssis komanda olaraq mübarizə aparacaqlarını söyləyib:

"Biz əlimizdən gələni etməyəcə çalışacağıq. Bizim üçün ən yaxşısı o olardı ki, almanlar oyundan sonra bunun asan alınmadığını desinlər. Almaniyaya uduzmasaq, bu, əsl partlayış olacaq. Azarkeşlər bizim Rusiyada keçiriləcək mundiala vəsiqə qazanacağımızı düşünürlər. Ancaq, məncə, bu haqda danışmaq üçün tezdi".

Martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.


oxunma sayı: 291 | Paylaş:





?>