Arda Turan: "Müqaviləmin sonunadək "Barsa"da qalacağam"
Paylaş:
"Barselona"nın futbolçusu Arda Turan klubu tərk etməyəcək.
Bu barədə yarımmüdafiəçinin özü Kataloniya klubunu tərk edəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirərkən məlumat verib. O, deyib ki, müqaviləsinin sonunadək "Barsa"da qalmaq niyyətindədi:
"Burada özümü xoşbəxt hiss edirəm. "Barselona"dan ayrılacağımla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Müqaviləmin müddəti başa çatana qədər burda qalmaq istəyirəm".
Ardanın "Barselona" ilə müqaviləsi 2020-ci ildə başa çatır.
| Paylaş: